İntizar Kitab

Şəhid Qasim Süleymani Məktəbi

İslam bir məktəbdir. İslam məktəbi insaniyyətin heyvaniyyət, elmin cəhalət, ədalətin zülm, bərabərliyin ayrıseçkilik, fəzilətin qəbahət, təqvanın özbaşınalıq və tövhidin şirk üzərində qələbə nəzəriyyəsidir. Əziz İslam dini belə bir dünyagörüşü ilə universal və realist bir məktəbdir. Bu məktəbdə bəşəriyyətin bütün dünyəvi, fövqəltəbii, fiziki, mənəvi, əqli, mental, duyğusal, fərdi və ictimai ehtiyacları düşünülmüşdür. İmam Hüseyn (ə) məktəbi, İmam Sadiq (ə) məktəbi, İmam Xomeyni məktəbi – bunların hamısı İslam məktəbindən ilham almışdır. Biz İmam Xomeyni məktəbini İmam Hüseyn (ə) məktəbinin mbir qolu bilirik. Şəhid Süleymani məktəbi də İmam Xomeyni məktəbinin bir qoludur.