Availability: Yükləməyə hazır

İmam Əlinin (ə) Fəzilətləri

PDF Kodu: İntizarKitab26

Bu kitab bir neçə fəsilə malikdir. Hər bir fəsildə Həzrət Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərindən biri haqqında söhbət olunur.

Kitab haqqında

Elm xadimləri üçün məlum olduğu kimi, Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərini heç bir bəyanla açıqlamaq mümkün deyil və o Həzrətin fəzilətləri heç bir kitaba sığmaz. Hətta səmavi mələklər Əli (ə)-ın mənəvi məqamlarını dərk edə bilməzlər. Həqiqətən, Əli (ə) fəzilətlərini saymaq dənizin suyunu ovucla ölçməyə bənzəyir. Hədislərdə Əhli-beytin (ə) dilindən yazılıbdır: «Biz, Allahın kəlmələriyik, bizim fəzilətlərimizi sayıb qurtarmaq olmaz». Yəni sənin (Əli (ə)-ın) fəzilətləri haqqındakı kitabı barmağı yaş edib səhifələmək üçün dərya suyu kifayət deyil. Elə buna görə də qələm ələ götürülüb bu haqda qısa bir kitab yazmağa cürət etmirdim. Lakin ümid-varam ki, Əmirəl- möminin (ə) kəramət mədəni və alicənab bir şəxs olduğu üçün məni bağışlayar, bu kiçik bir xidməti məndən qəbul edər.

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “İmam Əlinin (ə) Fəzilətləri”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir