Availability: Yükləməyə hazır

Quran və Təbabət

PDF Kodu: İntizarKitab18

Ulu Yaradanın aləmlərə rəhmət olaraq nazil etdiyi müqəddəs Quran təbiətin və insanın şərhidir. Odur ki, bu təkrarolunmaz Kitab təbiət və təbiətdə mövcud olanlara aid olan hər bir elmi əhatə etmişdir. Başqa elmlərlə yanaşı təbabət elmi də bu İlahi Kitabda özünə məxsus yer tutmuşdur. Məlum məsələdir, yaranmışı Yaradandan daha yaxşı kim tanıyar və onun ehtiyaclarını Yaradandan daha yaxşı kim bilər ki. Təsadüfi deyil ki, Allahın ən gözəl adlarından biri də Həkimdir. İlhamını Allahdan və onun Səmavi Kitabı Qurandan alan islam dünyasında da təbabətə xüsusi yer verilmişdir. Belə ki, sanitariya və xəstəliklərin profilaktikası islam dinindəki şəri hökmlərin özünəməxsusluğunda öz əksini tapmışdır. Diqqət yetirsək görərik ki, islam dinindəki qüsl, təharət, dəstəmaz, əşyaların paklanması sanitariya və gigiyenanın elementar əsaslarını təşkil edir.

Kitab haqqında

Allah yaratdığı hər bir nemətdə insan oğlu üçün çox çox faydalar qərar vermiş, sağlam bədənli, sağlam ruhlu olması üçün onun ixtiyarına bütün dərdlərin dərmanı tapılan böyük bir apteki-təbiəti vermişdir. Əvvəldə də qeyd olunduğu kimi, mərhəmətli Yaradan öz Müqəddəs Quranında, Peyğəmbərimiz (s) və Məsum imamlarımız (ə) öz hədislərində minlərlə elmi və tibbi tövsiyələr etmişlər bizlərə. İlahiyyat və tibb alimlərindən olan çağdaşımız türk oğlu Mus- tafa Özər elm və tibb sahəsindəki kəşflərlə əlaqədər öz narahatçılığını belə bildirir-«Ey kaş, bu kəşfləri müsəlman olan alimlər edib bəşərin ixtiyarına verəydilər, amma nə etmək olar müsəlman elm adamları Quranı oxumurlar ki!!!» Alim demək istəyir ki, elə bir elm yoxdur Tanrı Quranda ona işarə
etməsin, sadəcə ağıllı kişilərin bu tükənməz elm dəryasına girmələri gərəkdir.

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “Quran və Təbabət”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir