Kitab haqqında
İnsanşünaslıq mövzusunu araşdırmadan öncə, yaxşı olar ki, Qurana məxsus olan “Təfsir” (açıqlama) elmi ilə qısa şəkildə tanış olaq. Bildiyimiz kimi, Allah-taala Cəbrayıl mələyinin vasitəsi ilə, Peyğəmbərə (s) İlahi kəlamları çatdırmaqla, insanlara bir çox dəyərli və dərin mənalı ismarıclar göndərdi. Çox dəyərli olan bu mühüm qeybi xəbərləri dəqiq və düzgün formada başa düşmək üçün, Peyğəmbər (s) və İmamların (ə) nurlu kəlamlarından istifadə etmək lazımdır. Tarix boyu alimlər, Peyğəmbər (s) və İmamların (ə) elmindən bəhrələnib, Quranın ayələrini daha düzgün və dəqiq formada insanlara başa salmağa çalışıblar. Uzun illər çalışmalar nəticəsində, islam dünyasında “Təfsir” adlı elm daha geniş şəkildə yayılmağa başladı. Qurani-kərim üçün çoxsayda və cildlərlə təfsir kitabları yazılıb. Amma bu təfsir kitablarının hər birini mütaliə etsək, Quranın təfsirinin iki növ olduğunu görə bilərik.





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.