Kitab haqqında
İnsanın kamillik yolu yaşadığı toplumdakı digər insanlarla münasibətdən çox asılıdır. Quran bu həqi-qəti qaçılmaz ilahi qanunlar sırasında qeyd edir.
Biz insanlar–hər birimiz müxtəlif yönlərdən yaşa-dığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşamış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlılığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur. Quran hər yerdə insana ictimai bir mövcud olaraq xitab edir, onun vəzifəsini bu xüsusiyyətinə əsasən müəyyənləşdirir. İctimai bağlılığın möhkəm və ayrılmaz olduğunu bəyan edən ilahi ayələr daha irəli gedərək bütün möminləri qardaş və bir ailənin üzvü hesab edir; insaniyyət dünyası üçün olduqca gözəl və dərin olan bu şüarı seçir: “Həqiqətən möminlər qardaşdırlar.”
İnsanın kamillik yolu yaşadığı toplumdakı digər insanlarla münasibətdən çox asılıdır. Quran bu həqi-qəti qaçılmaz ilahi qanunlar sırasında qeyd edir.
Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.