Kitab haqqında
Zəlil bir bəndənin öz əziz Məbudu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!
İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz. Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır. Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.
Zəlil bir bəndənin öz əziz Məbudu qarşısında duraraq, aludə canını Onun söhbəti çeşməsində təmizləməsi və təlatümlü ruhunu O bir olanın zikri ilə aram etməsindən üstün bir ləzzət varmı?! Bu, duanın ən üstün və ən gözəl bəhrəsidir!
Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.