Availability: Yükləməyə hazır
Quran və Sünnə
PDF Kodu: İntizarKitab16
Məqaləyə başlamazdan əvvəl möhtərəm, əziz ağalar və xanımların müqəddəs Ramazan ayında etdikləri ibadət, dua və minacatlarının Allahın məhzərində qəbul olunmasını diləyirəm. O cümlədən, bu konfransda iştirak edən, məqalə təqdim edənlərə öz dərin təşəkkürümü bildirirəm. Bu gün təşkil olunmuş konfransın mövzusu çox dərin və geniş bir mövzudur. Bu barədə nə qədər mütaliə olunsa, məqalə və kitablar yazılsa, yenə də azdır. Hər bir mövzunun bir əsası var, bir də füruatı – ikinci tərəfləri. Bu füruatlar, yəni ikinci tərəflər, əsasın dərk olunmasında çox mühümdür. Mənim mövzum “Əhli-beytlə Quranın rabitəsi” adlanır. Bəhsə keçməzdən əvvəl iki mühüm mətləbi sizin diqqətinizə çatdırmalıyam. Mətləblərdən birincisi budur ki, Quran bəşəriyyətin ehtiyaclarını ödəyə bilən yeganə hərtərəfli və mükəmməl bir kitabdır. Bunu Quran ayələrinin özü də sübut edir.
Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.