Kitab haqqında
Səmavi dinlərin ardıcılları, o cümlədən müsəlmanlar inanırlar ki, Allah-taala dini insanların hidayəti üçün göndərmiş, dinin təlimlərini vəhy və peyğəmbərlərin təbliği vasitəsi ilə insanlara çatdırmışdır. Ənənəvi bir bölgüyə əsasən, dinin təlimləri üç əsas hissəyə, yəni etiqad, əxlaq və şəriətə bölünür. Digər tərəfdən, şübhəsizdir ki, kamil dindarlığa məhz dini tanımaq sayəsində nail olmaq olar. Buna görə də dindarın dini tanımadan layiqli dəyərə nail olması mümkün deyildir. Bir çox dindarlar dinin maarif və həqiqətlərindən məlumatsız olduqları üçün düzgün yoldan yayınır və zəlalətlərə yuvarlanırlar. Odur ki, dinin düzgün nəzəri və əməli təlimlərinə yiyələnmək insanda sarsılmaz bir baxışlar sisteminin formalaşmasına və onun öz dini vəzifələrinə düzgün əməl etməsinə zəmin yaradır ki, bu da şüurlu şəkildə olan bir dindarlıqla nəticələnir. Beləliklə, peyğəmbərə (s) və onun sözlərinin həqiqətlə uyğun olmasına inandıqdan sonra hər bir insanın ilk mühüm vəzifəsi peyğəmbərin (s) təlimlərini təfərrüatı ilə mənimsəmək və dini öyrənmək yolunda çalışmaqdır. Hər bir insan bu yolda bütün imkanlarından və istedadlardan bəhrələnməlidir ki, dini düzgün şəkildə tanımaqla həqiqi səadətə nail ola bilsin.





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.