Kitab haqqında
İmam Əli (ə), haqqında “Onu çox qüvvətli olan öyrətdi” (“ən-Nəcm”, 5) ayəsi nazil olan İslam Peyğəmbəri Həzrət Muhəmməd (s) kimi kamil bir us- tadın hüzurunda və o Həzrətin (s) birbaşa təsiri ilə əvəzolunmaz bir şəxsiyyət kimi tərbiyə almış, böyümüşdür. İmam Əli (ə) Peyğəmbərin (s) mübarək əxlaqı ilə cilvələnmiş, Rəsu- lullaha (s) dərin bağlarla bağlanmış və bu bağlar əbədiyyətə qədər qırılma- yacaqdır. İmam Əli (ə) Peyğəmbəri (s) anbaan izləmiş, o Həzrətin (s) əqidə və adətlərinin ardınca getmiş, davamçısı olmuş, qısa bir müddətdə Rəsulullahın (s) bütün davranış və hərəkətlərini, əxlaq və ədəbini əxz etmişdir. Bütün bu deyilənləri nəzərə alaraq bildirmək istəyirəm ki, İmam Əlinin (ə) mübarək həyatını, İslam tarixindəki misilsiz fəaliyyətini öyrənmək və İslamdakı layiqli yerini müəyyən etmək müasir Azərbaycan ilahiyyatşünaslığının qarşısında duran ən mühüm, ən vacib məsələlərdən biri dir. Çünki, İmam Əlinin (ə) elmi-dini şəxsiyyətini öyrənmək, elə İslamı öyrənmək deməkdir. Bu baxımdan Hacı Fuad Nurullahın qələmə aldığı “İmam Əli (ə): İnsanlıq məktəbinın ustadı” adlı kitab diqqətəlayiq bir əsərdir, eyni zamanda müasir cəmiyyətimizin elmi və dini təbəqəsi üçün son dərəcə aktualdır.
Buna görə də kitabın mühüm elmi əhəmiyyət daşıdığını və xalqımız üçün faydalı olacağını düşünürəm. Əsrlərdən bəri İmam Əli (ə) aşiqləri kimi tanınan xalqımız bu kitabda indiyə kimi İmam (ə) haqqında qaranlıq qalan bəzi məsələlərlə yaxından tanış olacaq və Əmirəl-mömininin (ə) Allah yanındakı üstünlüklərini başa düşəcəklər. Bu səbəbdən də belə bir kitabın nəşr olunmasını məqsədəuyğun hesab edirik.





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.