Availability: Yükləməyə hazır

Bu Mənim Oğlumdur

PDF Kodu: İntizarKitab37

Şəhid Rəsul və Şəhid Mehdi Cəfərilərin həyatı

Kateqoriyalar: ,

Kitab haqqında

Gözlərim qatarın pəncərəsindən Tehranla Qum arasındakı çöllüklərə dikilmişdi, beynimdə isə günümün ağır keçəcəyini düşünürdüm. İlk dəfə gördüyüm adamlarla ölmüş əzizləri barədə danışmaq, yəqin ki, çətin olacaqdı. Mənə bu kitabı yazmaq təklif olunanda da bunu hiss etdim; qısa fasilə ilə şəhid olmuş ata-oğul olduqlarını eşidəndə həm atanı, həm də oğulu itirmiş bir ailə ilə danışmağın çətin olacağını anladım. Və əlbəttə ki, çətin oldu! Bunu söhbət zamanı Rəsul Cəfərinin qızının və həyat yoldaşının baxışlarından da bilmək olurdu. Lakin bütün bunları arxada qoyub saçını biz-biz şəklə salıb gitara çalan, tunellərdə qışqıra-qışqıra motosiklet sürən oğlanın dəcəlliklərini duymalı, aramlığa, hüzura çatmış şəxsiyyətini öyrənməliydim. O elə rahatlıq tapmışdı ki, Suriyaya getmək üçün avtobusa minəndən sonra telefonda bacısına demişdi: “Sanki çiynimdən yük götürülür, azadlığa çıxıram”. Ata oğlunun cəsədi başında dayananda isə Alaha şükür və ona qibtə edir. Bu da ata şəxsiyyətinin böyüklüyü! Digər övladlar ata və qardaşları barədə danışmaq istəmədilər; yəqin ki, keçmiş xatirələrin verdiyi əzablara görə.

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “Bu Mənim Oğlumdur”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir