• 250 Yaşlı İnsan

    250 Yaşlı İnsan

    0

    İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi cəhətlərə dair hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.

    Kitabı Yüklə
  • Amerika Niyə Məhv Olacaq

    Amerika Niyə Məhv Olacaq

    0

    ŞƏR İMPERİYASININ SONU
    Oxucuların diqqətinə rus alimi Oleq Anatoliyeviç Platonovun yeni araşdırmasını təqdim edirik. Qərbin Rusiyaya qarşı təxribatçı fəaliyyətini təqdim edən, bu fəaliyyətin qızışdırıcısına – Amerika birləşmiş ştatlarına müraciət etməyə bilməzdi. Sanballı elmi mənbələr əsasında O.A.Platonov belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Çap olunan əsər oxucuları O.A.Platonovun dəlilləri və qənaətləri ilə tanış edir.

    Kitabı Yüklə
  • Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    0

    Ali dini rəhbər həzrət Ayətullah Xameneinin “Nəhc əl- bəlağə”yə diqqəti onun bu dəyərli kitabla dərin tanışlığını göstərir. Qarşınızdakı kitabda onun çıxışlarından, bəyanatlarından, moizə və tövsiyələrindən götürülmüş fikirləri dərin tədqiqatından xəbər verir. Kitab tədqiqatçıların, tələbələrin və digər bu kitabla maraqlananların yolunu işıqlandıra bilər. “Nəhc əl-bəlağə” ilə tanışlıq, “Nəhc əl-bəlağə”nin tarixçəsi, “Nəhc əl-bəlağə”nin İslam cəmiyyətində rolu, İslam dünyası və “Nəhc əl-bəlağə”, Təhsil Nazirliyinin “Nəhc əl-bəlağə”nin tanıtdırılmasında rolu və s. bu topluda sizə təqdim olunan mövzulardır.

    Kitabı Yüklə
  • Bu Mənim Oğlumdur

    Bu Mənim Oğlumdur

    0

    Şəhid Rəsul və Şəhid Mehdi Cəfərilərin həyatı

    Kitabı Yüklə
  • Dahi Sərkərdə

    Dahi Sərkərdə

    0

    Döyüş meydanlarının fatehi, 31-ci Aşura diviziyasının komandiri Şəhid Mehdi Bakirinin aşiqanə qəhrəmanlıq və müqavimət hekayəsi

     
    Kitabı Yüklə
  • Dörd Risalə

    Dörd Risalə

    0

    Dörd risalə
    Rəhman və Rəhim Allahın adı ilə Qarşınızdakı risalə həzrət Ayətullah Müctəhidiyə məxsusdur. Bu şəxsin bizlər və elmi mərkəzlər üçün böyük zəhmətləri olmuşdur. Risalənin mənim nəzarətimlə çapa getməsi müəllifin arzusu idi. Kitabın Qum elmi mərkəzinin ustаdlаrı tərəfindən tərtibini münasib gördüm. Bu iş müvəffəqiyyətlə başa çatdırıldı. Ümid edirəm ki, müəllif və əziz oxucular tərəfindən qəbul olunacaq.

    Qum, Riza Ustadi
    Bahar, 2006.

     

    Kitabı Yüklə
  • Düşmən Nüfuzu

    Düşmən Nüfuzu

    0

    Rəhbər Ayətullah Xameneinin buyuruqları əsasında hazırlanmış “Düşmən nüfuzu” kitabı gözəl tərtib olunmuşdur. Kitabda imkan həddində araşdırma və tərtibatla, bəyanatlar arasında əlaqələrin tapılması ilə düşmən nüfuzu və onun məqsədləri xəbərdarlıqedici və bəsirətverici səviyyədə qələmə alınıb.

    Kitabı Yüklə
  • Ey Ata Ey Ana Biz Günahkarıq

    Ey Ata Ey Ana Biz Günahkarıq

    0

    Dünən axşamkı məclisi sonuncu məclis hesab etdiyim üçün, söhbətlərə yekun vurmaq istiqamətində danışdım. Amma sizin məhəbbətiniz məni məcbur etdi ki, bu məclisləri davam etdirim.
    Bu axşamkı söhbətin mövzusu həzrət Əlinin (ə) hərtərəfli ruhu haqqında olmalı idi. Amma əvvəlki söhbətlərdə uyğun mövzuda az-çox danışdığım üçün bu gün həyati və aktual bir mövzuya yer vermək istəyirəm. Olsun ki, gələcəkdə bu məsələni aydınlaşdırmağa imkanımız olmasın.

    Kitabı Yüklə
  • Əllinci Payız

    Əllinci Payız

    0

    Hərəm müdafiəçisi Şəhid Məhəmməd Camalinin həyat yoldaşı Məryəm Camalinin xatirələri

    Kitabı Yüklə
  • Fatimə Fatimədir

    Fatimə Fatimədir

    0

    “Fatimə – böyük Xədicənin qızıdır” demək istədim. Gördüm ki, bu, Fatimə deyil.
    “Fatimə – həzrət Məhəmmədin qızıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Əlinin həyat yoldaşıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Həsən və Hüseynin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Zeynəbin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    Bəli, bunların hamısı doğrudur, amma bütün bunlar həm də Fatimə deyil.
    Fatimə – Fatimədir.

    Kitabı Yüklə
  • Fələstin

    Fələstin

    0

    İslam İnqilabının Böyük Rəhbəri həzrət Ayətullah Seyid Əli Xameneinin baxışında

    Kitabı Yüklə
  • Geniş İzahlı Şəriət Məsələləri - Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistani

    Geniş İzahlı Şəriət Məsələləri – Ayətullah əl-üzma Seyid Əli Hüseyni Sistani

    0

    Bu kitab, “Tovzihul-məsail Came” kitabının fars dilindən olan tərcüməsidir. Ruhani Rövşən Şərifzadənin başçılığı ilə Bəxtiyar Hüseynov və tərcüməçilər qrupu tərəfindən Azərbaycan dilinə tərcümə edilmişdir və Ayətullah Sistani həzrətlərinin dəftərxanası tərəfindən təsdiq edilir.
    Bütün fətvaların tərcüməsi kitabın əsli ilə eynidir.

    Kitabı Yüklə
  • Hacı Qasimin Siması

    Hacı Qasimin Siması

    0

    Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı. O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı….

    Kitabı Yüklə
  • Həyat Dərsi

    Həyat Dərsi

    0

    Qаrşınızdаkı mәcmuә sаysız zәhmәt vә çәtinliklәrә dözәrәk, öz üzәrindә çаlışаrаq еlm, fәzilәt vә kаmilliyin yüksәk zirvәlәrini fәth еdәn, hәmçinin cәmiyyәtin sәаdәti yоlundа pаrlаq günәş vә çırаq оlаn dörd müdrik аlimin―Sеyid Mәhәmmәd Hüsеyn Tәbаtәbаi, Mәhәmmәdtәqi Cәfәri, Mürtәzа Mütәhhәri vә Hәsәnzаdә Аmulinin hәyаtındаn bir sırа хаtirәlәrin tоplusu vә hәyаtlаrındаn öyrәnilәcәk böyük dәrslәrdir. Bütün ömürlәrini Allahın rаzılığınа vә bәşәriyyәtinin sәаdәtinә hәsr еdәn, şәffаf düşüncәlәrinin bulаqlаrı ilә haqq axtarışında olan teşnәlәri, öz fәzilәt vә mәnәviyyаtı ilә sirаb еdәn, pаslаnmış qәlblәri mааriflә cilаlаyаn bu böyük şәхsiyyәtlәr müasir İslаm dünyаsının fәхrlәri sаyılırlаr.

    Kitabı Yüklə
  • İbrət Güzgüsü

    İbrət Güzgüsü

    0

    Biz insanlar–hər birimiz müxtəlif yönlərdən yaşa-dığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşamış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlılığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur. Quran hər yerdə insana ictimai bir mövcud olaraq xitab edir, onun vəzifəsini bu xüsusiyyətinə əsasən müəyyənləşdirir. İctimai bağlılığın möhkəm və ayrılmaz olduğunu bəyan edən ilahi ayələr daha irəli gedərək bütün möminləri qardaş və bir ailənin üzvü hesab edir; insaniyyət dünyası üçün olduqca gözəl və dərin olan bu şüarı seçir: “Həqiqətən möminlər qardaşdırlar.”

    Kitabı Yüklə
  • İmam Əli (ə): İnsanlıq Məktəbinin Ustadı

    İmam Əli (ə): İnsanlıq Məktəbinin Ustadı

    0

    İmam Əli bin Əbu Talib (ə) təkcə dinlər tarixinin deyil, eyni zamanda dünya elmləri tarixinin də ən görkəmli və dahi nümayəndələrindən biridir. İmamın (ə) İslamdakı məqamını, Allah yanındakı üstünlüklərini bilmək, dərk etmək üçün Qurani-Kərimə və hədisi-şəriflərə diqqət yetirməyimiz ki- fayət edər. Uca Rəbbimiz müqəddəs Quranda İmam Əlini (ə) Peyğəmbərin (s) canı (“Ali-İmran”, 61), Əhli-Beyti (ə) (“əl-Əhzab”, 33), məhəbbət qaynağı (“əş- Şura”, 23) olaraq vəsf etmişdir. Bütün bu və ya digər qisimdən olan ayələr onu göstərir ki, İmamın (ə) üstünlüklərinin mütləq İlahi qaynağı vardır və onların inkar olunması yolverilməzdir. Həmçinin, İmam Əli (ə) haqqında deyilmiş “Onu ancaq möminlər sevər, ona ancaq münafiqlər nifrət edər”, “Onu sevmək atəşin odunu yandırdığı kimi, günahları yox edər”, “Mən elmin şəhəri, Əli isə qapısıdır”, “Elm on qisimdir. Onun doqquzu Əliyə, yerdə qalanı isə bütün insanlara verilmişdir. Əli o birini də insanlardan daha yaxşı bilir” yüzlərlə, minlərlə belə hədis İmamın (ə) kimliyinin sübut edilməsi baxımından önəmlidir.

    Buy product