• 250 Yaşlı İnsan

    250 Yaşlı İnsan

    0

    İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi cəhətlərə dair hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.

    Kitabı Yüklə
  • Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    0

    Ali dini rəhbər həzrət Ayətullah Xameneinin “Nəhc əl- bəlağə”yə diqqəti onun bu dəyərli kitabla dərin tanışlığını göstərir. Qarşınızdakı kitabda onun çıxışlarından, bəyanatlarından, moizə və tövsiyələrindən götürülmüş fikirləri dərin tədqiqatından xəbər verir. Kitab tədqiqatçıların, tələbələrin və digər bu kitabla maraqlananların yolunu işıqlandıra bilər. “Nəhc əl-bəlağə” ilə tanışlıq, “Nəhc əl-bəlağə”nin tarixçəsi, “Nəhc əl-bəlağə”nin İslam cəmiyyətində rolu, İslam dünyası və “Nəhc əl-bəlağə”, Təhsil Nazirliyinin “Nəhc əl-bəlağə”nin tanıtdırılmasında rolu və s. bu topluda sizə təqdim olunan mövzulardır.

    Kitabı Yüklə
  • Fatimə Fatimədir

    Fatimə Fatimədir

    0

    “Fatimə – böyük Xədicənin qızıdır” demək istədim. Gördüm ki, bu, Fatimə deyil.
    “Fatimə – həzrət Məhəmmədin qızıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Əlinin həyat yoldaşıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Həsən və Hüseynin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Zeynəbin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    Bəli, bunların hamısı doğrudur, amma bütün bunlar həm də Fatimə deyil.
    Fatimə – Fatimədir.

    Kitabı Yüklə
  • İmam Əli (ə): İnsanlıq Məktəbinin Ustadı

    İmam Əli (ə): İnsanlıq Məktəbinin Ustadı

    0

    İmam Əli bin Əbu Talib (ə) təkcə dinlər tarixinin deyil, eyni zamanda dünya elmləri tarixinin də ən görkəmli və dahi nümayəndələrindən biridir. İmamın (ə) İslamdakı məqamını, Allah yanındakı üstünlüklərini bilmək, dərk etmək üçün Qurani-Kərimə və hədisi-şəriflərə diqqət yetirməyimiz ki- fayət edər. Uca Rəbbimiz müqəddəs Quranda İmam Əlini (ə) Peyğəmbərin (s) canı (“Ali-İmran”, 61), Əhli-Beyti (ə) (“əl-Əhzab”, 33), məhəbbət qaynağı (“əş- Şura”, 23) olaraq vəsf etmişdir. Bütün bu və ya digər qisimdən olan ayələr onu göstərir ki, İmamın (ə) üstünlüklərinin mütləq İlahi qaynağı vardır və onların inkar olunması yolverilməzdir. Həmçinin, İmam Əli (ə) haqqında deyilmiş “Onu ancaq möminlər sevər, ona ancaq münafiqlər nifrət edər”, “Onu sevmək atəşin odunu yandırdığı kimi, günahları yox edər”, “Mən elmin şəhəri, Əli isə qapısıdır”, “Elm on qisimdir. Onun doqquzu Əliyə, yerdə qalanı isə bütün insanlara verilmişdir. Əli o birini də insanlardan daha yaxşı bilir” yüzlərlə, minlərlə belə hədis İmamın (ə) kimliyinin sübut edilməsi baxımından önəmlidir.

    Buy product
  • İmam Əlinin (ə) Fəzilətləri

    İmam Əlinin (ə) Fəzilətləri

    0

    Bu kitab bir neçə fəsilə malikdir. Hər bir fəsildə Həzrət Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərindən biri haqqında söhbət olunur.

    Kitabı Yüklə
  • Nəhcül-Bəlağə

    Nəhcül-Bəlağə

    0

    Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir.

    Kitabı Yüklə