Kitab haqqında
Qüds Gününün digər ilahi günlərdən üstünlüyü
İran xalqının zəfərli inqilabından sonra bizim çoxlu xatirəli günlərimiz olmuşdur: 22 bəhmən (11 fevral), 15 xordad (5 iyun), 17 şəhrivər (8 sentyabr), 12 fərvərdin (1 aprel) və digər günlər. Lakin bütün bu xatirəli günlər arasında Qüds Günü iki cəhətdən üstünlüyə malikdir. Əvvəl ona görə ki, digər günlər İran xalqına aiddirsə, Qüds Günü bütün müsəlman xalqlara aiddir. Qüds Günündə bütün müsəlman xalqlar, hətta dünyanın bütün məzlum xalqları İran xalqı ilə birlik və həmrəylik hiss edirlər. İran xalqı Qüds Günü və Fələstin məsələsində qabaqcıl kimi fədakarlığa hazırdır. Digər xalqlar da bu inqilabçı xalqla çiyin-çiyinə və bizim təcrübələrimizdən istifadə edərək işğal olunmuş Fələstin torpaqlarını azad etmək məqsədilə bizimlə birgə addım-addım irəliləməlidirlər. Qüds Gününün ikinci üstünlüyü budur ki, digər günlər keçmiş fədakarlıqların və qələbələrin xatirə günü, Qüds Günü isə gələcək fədakarlıqlara və qələbələrə qərar və səy günüdür. Digər xatirələrdə bizim xalqımız keçmişi xatırlayırsa, Qüds Günündə gələcəyi yada salıb özündə maraq, iradə və qərar toplayır, hərəkətə gəlir və gələcəyə yol açır.





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.