Kitab haqqında
Uşaq ikən atam mənə şəhidlərin həyatı barədə danışanda xəyal quşuna minərək göylərə uçurdum, ruhum Hacı Mənsur Ərzinin “Dokuhə” mərsiyəsi ilə Çəzzabəyə, Dokuhəyə, Ərvəndə pərvaz edirdi. İgid və mərd oğulları hər gün yadıma salır, sakitcə böyüyürdüm, özü də qəlbimə və ruhuma həyatın hansı iksirinin dolduğunu anlamadan. Şəhid dostlarının şəkillərinə baxarkən atamın gözlərindən axan yaşı görəndə qəlbim titrəyirdi. O, ezamiyyətdə olanda, ya da başqa bir səbəbdən ondan ayrı qaldığım zaman ruhumun yeganə təskinliyi kitab oxumaq idi. Şəhidlərə həsr olunmuş bu kitabları oxuyarkən göz yaşlarım yanaqlarımı isladırdı. Bu illər ərzində öyrəndim ki, həyat -fədakarlıq, cihad, ezamiyyət, anamın gözlərinin həmişə yolda qalması deməkdir. O bizə həm ana idi, həm də atam ezamiyyətdə olanda ata olur, onun yoxluğunu hiss etdirmirdi. Doğrusunu desəm, ətrafımda olanların hamısı beləydi. Onlara baxdıqda ilahi ətri duyurdum…





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.