Availability: Yükləməyə hazır

Amerika Niyə Məhv Olacaq

PDF Kodu: İntizarKitab11

ŞƏR İMPERİYASININ SONU
Oxucuların diqqətinə rus alimi Oleq Anatoliyeviç Platonovun yeni araşdırmasını təqdim edirik. Qərbin Rusiyaya qarşı təxribatçı fəaliyyətini təqdim edən, bu fəaliyyətin qızışdırıcısına – Amerika birləşmiş ştatlarına müraciət etməyə bilməzdi. Sanballı elmi mənbələr əsasında O.A.Platonov belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Çap olunan əsər oxucuları O.A.Platonovun dəlilləri və qənaətləri ilə tanış edir.

Kitab haqqında

ÖN SÖZ
Əksər hallarda insanlar dünyaya gəlməli olduqları ictimai sistemin girovlarına çevrilirlər. Amma sadə insanlar, məsələn, Çingiz xan, yaxud Hitler dövründə doğulduqları üçün günahkardırlarmı? Bununla belə, dəhşətli sistemlərin ilk qurbanalrı da məhz beləinsanlar olur. Amerika haqqında o qədər də xoşagələn olmayan söhbətə başlayarkən mən, əlbəttə, heç də
onsuz da bir insan kimi mə᾽nəvi baxımdan artıq bədbəxt və rəncidə olan (elə Çingiz xan və Hitler dövründə yaşayanlar kimi) bir çox sadə amerikalıların xətrinə dəymək istəməmişəm. Söhbət ondan gedir ki, Amerika sistemi kimi Tanrının əleyhinə çıxan, insanlara düşmən kəsilən və son dərəcə totalitar istənilən şər imperiyasının, ümumiyyətlə yaşamaq hüququ yoxdur. Amerikaçılıq sistemi, başqalarının ehtiyatları, zorakılıq, yalan, başqa dövlətlərin istismarı və talan edilməsi sayəsində tüfeylilik bəşəriyyətin ümumi sə᾽yləri sayəsində məhv edilməlidir. Əks halda bəşəriyyət məhv olacaq.

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “Amerika Niyə Məhv Olacaq”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir