Availability: Yükləməyə hazır

On Üç Yaşında

PDF Kodu: İntizarKitab3

İranlı әsir Mehdi Tәhanianın xatirәlәri

Qәlәmә alan: Gülüstan Cәfәrian

Kitab haqqında

“Var gücümlə dayanmadan qaçırdım. Başım üzərindən güllələr yağırdı. Gah ayaq üstə, gah oturaq halda, gah da sürünə-sürünə irəliləyirdim. Yerdə o qədər ölü var idi ki, tapdayıb keçməyə məcbur idim. Bir dəfə ayağa qalxıb qaçmaq istəyəndə arxadan səs eşitdim: “Mehdi… Mehdi…” Səsə doğru getdim. Al-qana boyanmışdı. Tanıya bilmədim. Bütün bədəninə bağlanmış sarıqlar qan içində idi. Qırıq-qırıq səslə dedi: “Mehdi, niyə belə qaçırsan?! Özünü sıxma! Təkcə papağını saxla… Sən əsir düşməməlisən…” O, danışa-danışa ayağa qalxdım, qayışı açıb bel çantamı yerə qoydum… O, sözünə davam etdi: “Sən uşaqsan. Təbliğat məqsədilə səndən sui-istifadə edə bilərlər… Nəyin bahasına olursa-olsun, qaç!” Şok içində sözlərini dinlədim, dinməz-söyləməz qalxıb getmək istəyirdim ki, arxadan yenidən məni çağırdı: “Mehdi, günəşin şüası çox əziyyət verir, çəfiyələrindən1 birini üzümə at”. Çəfiyəni üzünə sərdim. Bir neçə saniyə içində qıpqırmızı oldu. Birdən bədəni möhkəm silkələndi. Çəfiyəni çəkdim. Gözləri bağlı idi. Şəhid olmuşdu. Tez qaçmağa başladım. Sanki ürəyim yerindən qopacaqdı. Hər tərəf atəş altında idi. O şəhidin sözləri yadımdan çıxmırdı: “Mehdi, sən əsir düşməməlisən… Əsir düşsən, səndən ölkənə qarşı sui-istifadə etmələrinə imkan vermə!”

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “On Üç Yaşında”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir