Kitab haqqında
Hər bir düşüncə sahibi İslam hüququnun incəliklərinə yiyələndikdən sonra şəriət hökmlərini başqalarına çatdıra bilər. Həyatın həm fərdi, həm də ictimai sahələrində fiqh elminin göstərişlərinə insanların ehtiyaclı olmaları inkarolunmazdır. Zamanın dəyişməsi, yeni mövzu və məsələlərin yaranması, baş verən hadisələr, cəmiyyətin inkişafı və əlaqələrin möhkəmlənməsi fiqh elminə olan ehtiyacı daha da artırır.
Bu elmin əsl sahibləri, İlahi Peyğəmbər və Vəsilərin əmanətlərini etibarlı şəkildə qoruyan şiə aləminin böyük alimləri, xüsusilə də hörmətli mərcəyi-təqlidlər bu sahədə əsrlər boyu yorulmadan çalışmaqdadırlar.
Şiələr Məsum İmamların göstərişlərinə əsasən müxtəlif sahələrdə fiqh alimlərinə müraciət edirlər. Onlar yaxşı bilirlər ki, bu alimlər İlahi hökmlərin mahir biliciləri olduqları üçün çətinliklə qarşılaşdıqları zaman onlara müraciət etməli və onların «Əməliyyə risaləsi»ndən istifadə etməlidirlər.





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.