Availability: Yükləməyə hazır

Xümsun Hökmləri

PDF Kodu: İntizarKitab31

Sorğu-sual insan yaranışının başlağıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəl-möminin həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:

Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.

Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyəti inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdənçox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.

Kitab haqqında

Elm və mədəniyyət mərkəzinin müşavirə və sorğu qurumu aktual sualları cavablandırmaq və yaşıl elm nihalını bara-bəhrəyə gətirmək üçün məclis təşkil etdi. Alim və düşüncəli gənclərimiz üçün səbir daşı ola bilsək iftixar duyarıq. Qeyd olunmalıdır ki, dini mədəniyyətin genişlənməsi istiqamətində rəhbərlik məqamının nümayəndəliyi universitetlərdə elmi qruplarla həmkarlıq edərək 50 mindən çox tələbə sorğusunu cavablandırmışdır. Bu idarə 8 elmi və mütəxəssis qrupdan ibarətdir: Qur`an və hədis qrupu; əhkam qrupu; fəlsəfə qrupu; tərbiyə və psixologiya qrupu; siyasi təfəkkür qrupu; mədəni və ictimai qrup; tarix qrupu.

Kitab Haqqında Rəylər

Hələ heç bir rəy yoxdur.

Be the first to review “Xümsun Hökmləri”

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir