• Bağdad Alimlərinin Toplantısı

    Bağdad Alimlərinin Toplantısı

    0

    İslam Peyğəmbərinin (s) canişinlik və imamət məsələsi, ötən on dörd əsr boyu həmişə müsəlmanların diqqətində olmuş mühüm məsələlərdən biridir. Şiə və sünni kimi iki böyük təriqətin – məzhəbin təşkil olunması, onun ardınca qarşıya çıxan əqidəvi, fiqhi və s. məsələlərdə fikir ayrılığı, həmçinin çoxsaylı müharibə və qarşıdurmaların baş verməsi, hər iki tərəfin öz iddia və haqlılıqlarını sübut etmək üçün elmi yığıncaqlar keçirməsi, yaxud çoxlu kitab və məqalələrin yazılmasının hamısı Peyğəmbərin (s) canişinlik məsələsi üzərində olan ixtilafın nəticəsidir.

    Kitabı Yüklə
  • Dinlərin Yaranma Mənşəyi

    Dinlərin Yaranma Mənşəyi

    0

    İllər öncə ilk dəfə olaraq “Qum elmi hövzəsi”ndə əksər tələbələrin iştirak etdiyi “Etiqad və dinlər” adlı dərsə başladım. Həmin dərsləri cümə axşamı və cümə günlərində tədris edirdim və təqribən, otuz ilə qədər davam etdi. “Afəridegare cahan” (Dünyanın yaradıcısı), “Xuda ra çequne beşenasim?” (Allahı necə tanıyaq?), “Rəhbərane bozorg” (Böyük rəhbərlər), “Axərin fərziyyehaye təkamol” (Sonuncu təkamül fərziyyələri) və digər kitablar bu bəhslərin səmərəsi olmuşdur. Dərslərdə iştirak edən bir sıra istedadlı tələbə və dostların sayəsində “Əqayed və məzahib” (Etiqad və dinlər) adlı kitab qələmə alınaraq çap edildi.

    Kitabı Yüklə
  • Kəlam Elmi

    Kəlam Elmi

    0

    Müsəlmanların tarix boyu islam təlimlərini qavramaq səyləri islam elmləri adlanan müxtəlif elm sahələrinin yaramasına səbəb olmuşdur ki, bu sahələrin hər biri özünə məxsus bir baxışla, xüsusi bir metod və hədəflə dinin maarifi sahəsində tədqiqatla məşğuldur. Burada “kəlam” elmi xüsusi əhəmiyyətə malikdir. İslamın meydana çıxdığı ilk illərdə bir sıra etiqadi bəhslərin müzakirəsi zəminində yaranan bu elm həmişə islamın ən əsas maarifinin tədqiqat sahəsi olmuş və bu günümüzə qədər elm və dəyanət dünyasına qiymətli əsərlər təqdim etmişdir.

    Kitabı Yüklə
  • Müasir İslam Kəlamı

    Müasir İslam Kəlamı

    0

    Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur. Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu qədər şirin və cazibəlidir. Əsrimizin böyük korifeylərindən sayılan ustad Mütəhhəri bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuş, o cümlədən islam fəlsəfəsi, fiqh və üsul, sosialogiya, psixologiya, tarix, təfsir, kəlam və başqa sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Ustad Mütəhhəri fəlsəfə elmində Molla Sədra məktəbinin yetirmələrindən və onun sadiq davamçılarından sayılır.

    Kitabı Yüklə
  • Zühur Əsri

    Zühur Əsri

    0

    Bu kitabın əsas məqsədi ayə və rəvayətlərdən istifadə etməklə İmam Mehdinin (ə) əsr və zamanının, o həzrətin müqəddəs qiyamının külli şəkildə bəyan edilməsidir.

    Mən o rəvayətlərə və mənbələrə müraciət etməkdə çox ciddi-cəhd göstərdim. Təsadüfən Livanda çap olunub yayılan bir kitabla rastlaşdım ki, rəvayətlərinin çoxluğuna görə camaat arasında məşhur idi. Müəllifin vərəqaltı haşiyələrdə qeyd etdiyi onlarla mənbəyə müraciət etdikdə isə çox təəccübləndim, gördüm ki, onun qeyd etdiyi rəvayətlərlə mənbələr arasında, ümumiyyətlə, heç bir uyğunluq yoxdur. Üstəlik, müəllif rəvayətləri hissələrə bölmüş, bəzilərinin bir hissəsini digərinin axırına əlavə etmiş və nəhayət, bəzi sözləri də dəyişdirmişdir.

    Əlbəttə, mən bir, yaxud iki mənbəni zikr etməklə kifayətlənmişəm, çünki kitabın əsas məqsədi rəvayətlərin düzgünlüyünü yoxlamaq deyil, yalnız İmam Mehdinin (ə) zühurunun zamanı ilə əlaqədar olan ümumi bir təsəvvürü təqdim etmək olmuşdur.

    Kitabı Yüklə