Kitab haqqında
Tərcümə olunmuş bu kiçik həcmli kitab yuxarıdakı mövzuların mühüm hissələrinə şərh və aydınlıq gətirərək mövcud suallara, qaranlıq məsələlərə cavab vermiş, Allahın razılığını qazanıb
əbədi səadət arzusunda olan və təəssübkeşlikdən uzaq duran haqq axtaranlara yol göstərmişdir. Bu müxtəsər kitabda bəzən elmi diskusiyaların, geniş arqumentlərin əhatə dairəsi onlarla, yaxud yüzlərlə cild kitaba bərabər olur. Hansı ki, alim və mütəfəkkirlər öz növbəsində bu haqda danışıb və bu mövzular haqqında saysız-hesabsız kitablar yazmışlar. Amma bu kitab ixtisar və xülasə ilə yazıldığı üçün tərcümədə də onunla kifayətlənirik ki, hamı istifadə edə bilsin. Təbiidir ki, daha dərin və ətraflı mütaliə etmək istəyənlər daha geniş yazılmış kitablara müraciət edəcək. Ümidvarıq, Allah-taala öz mərifətinin sonsuz zülalından faydalanmağımız, həmçinin öz sonuncu Peyğəmbərinin (s) haqq canişinlərini tanıyıb onlara itaət etməyimiz üçün bizim hamımıza yardımçı olsun! Mütərcim





Kitab Haqqında Rəylər
Hələ heç bir rəy yoxdur.