• 250 Yaşlı İnsan

    250 Yaşlı İnsan

    0

    İmamlar yalnız yaşadıqları dövrdə qərib olmadılar, əsrlər boyu onların həyatının mühüm və bəlkə də əsəs cəhətlərinə edilən diqqətsizlik bu qəribliyin tarix boyu davam etməsinə səbəb oldu. Bu əsrlərdə yazılmış kitablar imamların həyatına dair rəvayətləri gələcək nəsillərə ötürdüyü üçün şübhəsiz ki, misilsiz dəyərə malikdir. Lakin hidayətçi imamların 250 illik həyatının davamlı xəttini təşkil edən gərgin siyasi mübarizə amili elmi-mənəvi cəhətlərə dair hədis, rəvayət və tarixi məlumatlar arasında itmişdir.

    Kitabı Yüklə
  • Amerika Niyə Məhv Olacaq

    Amerika Niyə Məhv Olacaq

    0

    ŞƏR İMPERİYASININ SONU
    Oxucuların diqqətinə rus alimi Oleq Anatoliyeviç Platonovun yeni araşdırmasını təqdim edirik. Qərbin Rusiyaya qarşı təxribatçı fəaliyyətini təqdim edən, bu fəaliyyətin qızışdırıcısına – Amerika birləşmiş ştatlarına müraciət etməyə bilməzdi. Sanballı elmi mənbələr əsasında O.A.Platonov belə bir qənaətə gəlir ki, amerikaçılıq məhvə məhkumdur, çünki o, başqa dövlətlər və xalqları istismar və qarət etmək hesabına tüfeyli ömür sürmək sistemindən ibarətdir. Çap olunan əsər oxucuları O.A.Platonovun dəlilləri və qənaətləri ilə tanış edir.

    Kitabı Yüklə
  • Bağdad Alimlərinin Toplantısı

    Bağdad Alimlərinin Toplantısı

    0

    İslam Peyğəmbərinin (s) canişinlik və imamət məsələsi, ötən on dörd əsr boyu həmişə müsəlmanların diqqətində olmuş mühüm məsələlərdən biridir. Şiə və sünni kimi iki böyük təriqətin – məzhəbin təşkil olunması, onun ardınca qarşıya çıxan əqidəvi, fiqhi və s. məsələlərdə fikir ayrılığı, həmçinin çoxsaylı müharibə və qarşıdurmaların baş verməsi, hər iki tərəfin öz iddia və haqlılıqlarını sübut etmək üçün elmi yığıncaqlar keçirməsi, yaxud çoxlu kitab və məqalələrin yazılmasının hamısı Peyğəmbərin (s) canişinlik məsələsi üzərində olan ixtilafın nəticəsidir.

    Kitabı Yüklə
  • Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    Böyük Rəhbər Ayətullah Xamenei Nəhcül-Bəlağə Haqqında

    0

    Ali dini rəhbər həzrət Ayətullah Xameneinin “Nəhc əl- bəlağə”yə diqqəti onun bu dəyərli kitabla dərin tanışlığını göstərir. Qarşınızdakı kitabda onun çıxışlarından, bəyanatlarından, moizə və tövsiyələrindən götürülmüş fikirləri dərin tədqiqatından xəbər verir. Kitab tədqiqatçıların, tələbələrin və digər bu kitabla maraqlananların yolunu işıqlandıra bilər. “Nəhc əl-bəlağə” ilə tanışlıq, “Nəhc əl-bəlağə”nin tarixçəsi, “Nəhc əl-bəlağə”nin İslam cəmiyyətində rolu, İslam dünyası və “Nəhc əl-bəlağə”, Təhsil Nazirliyinin “Nəhc əl-bəlağə”nin tanıtdırılmasında rolu və s. bu topluda sizə təqdim olunan mövzulardır.

    Kitabı Yüklə
  • Bu Mənim Oğlumdur

    Bu Mənim Oğlumdur

    0

    Şəhid Rəsul və Şəhid Mehdi Cəfərilərin həyatı

    Kitabı Yüklə
  • Dahi Sərkərdə

    Dahi Sərkərdə

    0

    Döyüş meydanlarının fatehi, 31-ci Aşura diviziyasının komandiri Şəhid Mehdi Bakirinin aşiqanə qəhrəmanlıq və müqavimət hekayəsi

     
    Kitabı Yüklə
  • Dinlərin Yaranma Mənşəyi

    Dinlərin Yaranma Mənşəyi

    0

    İllər öncə ilk dəfə olaraq “Qum elmi hövzəsi”ndə əksər tələbələrin iştirak etdiyi “Etiqad və dinlər” adlı dərsə başladım. Həmin dərsləri cümə axşamı və cümə günlərində tədris edirdim və təqribən, otuz ilə qədər davam etdi. “Afəridegare cahan” (Dünyanın yaradıcısı), “Xuda ra çequne beşenasim?” (Allahı necə tanıyaq?), “Rəhbərane bozorg” (Böyük rəhbərlər), “Axərin fərziyyehaye təkamol” (Sonuncu təkamül fərziyyələri) və digər kitablar bu bəhslərin səmərəsi olmuşdur. Dərslərdə iştirak edən bir sıra istedadlı tələbə və dostların sayəsində “Əqayed və məzahib” (Etiqad və dinlər) adlı kitab qələmə alınaraq çap edildi.

    Kitabı Yüklə
  • Dörd Risalə

    Dörd Risalə

    0

    Dörd risalə
    Rəhman və Rəhim Allahın adı ilə Qarşınızdakı risalə həzrət Ayətullah Müctəhidiyə məxsusdur. Bu şəxsin bizlər və elmi mərkəzlər üçün böyük zəhmətləri olmuşdur. Risalənin mənim nəzarətimlə çapa getməsi müəllifin arzusu idi. Kitabın Qum elmi mərkəzinin ustаdlаrı tərəfindən tərtibini münasib gördüm. Bu iş müvəffəqiyyətlə başa çatdırıldı. Ümid edirəm ki, müəllif və əziz oxucular tərəfindən qəbul olunacaq.

    Qum, Riza Ustadi
    Bahar, 2006.

     

    Kitabı Yüklə
  • Düşmən Nüfuzu

    Düşmən Nüfuzu

    0

    Rəhbər Ayətullah Xameneinin buyuruqları əsasında hazırlanmış “Düşmən nüfuzu” kitabı gözəl tərtib olunmuşdur. Kitabda imkan həddində araşdırma və tərtibatla, bəyanatlar arasında əlaqələrin tapılması ilə düşmən nüfuzu və onun məqsədləri xəbərdarlıqedici və bəsirətverici səviyyədə qələmə alınıb.

    Kitabı Yüklə
  • Ey Ata Ey Ana Biz Günahkarıq

    Ey Ata Ey Ana Biz Günahkarıq

    0

    Dünən axşamkı məclisi sonuncu məclis hesab etdiyim üçün, söhbətlərə yekun vurmaq istiqamətində danışdım. Amma sizin məhəbbətiniz məni məcbur etdi ki, bu məclisləri davam etdirim.
    Bu axşamkı söhbətin mövzusu həzrət Əlinin (ə) hərtərəfli ruhu haqqında olmalı idi. Amma əvvəlki söhbətlərdə uyğun mövzuda az-çox danışdığım üçün bu gün həyati və aktual bir mövzuya yer vermək istəyirəm. Olsun ki, gələcəkdə bu məsələni aydınlaşdırmağa imkanımız olmasın.

    Kitabı Yüklə
  • Əllinci Payız

    Əllinci Payız

    0

    Hərəm müdafiəçisi Şəhid Məhəmməd Camalinin həyat yoldaşı Məryəm Camalinin xatirələri

    Kitabı Yüklə
  • Fatimə Fatimədir

    Fatimə Fatimədir

    0

    “Fatimə – böyük Xədicənin qızıdır” demək istədim. Gördüm ki, bu, Fatimə deyil.
    “Fatimə – həzrət Məhəmmədin qızıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Əlinin həyat yoldaşıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Həsən və Hüseynin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    “Fatimə – Zeynəbin anasıdır” demək istədim. Gördüm ki, bu da Fatimə deyil.
    Bəli, bunların hamısı doğrudur, amma bütün bunlar həm də Fatimə deyil.
    Fatimə – Fatimədir.

    Kitabı Yüklə