-
-
-
Hacı Qasimin Siması
0Onu 1982-ci ildən bəri imanlı, cəsur, təvazökar və inqilabçı bir insan kimi tanımışam. Fədakar insan idi. Gecələr ibadətlə məşğul olur, Allahla raz-niyaz edir, tez-tez Quran oxuyurdu. Allaha, əziz Peyğəmbərə (s) və ilahi övliyalara eşq bəsləyirdi. Vilayəti-fəqih sisteminə sadiq idi. Üz-başından bəndəlik, dindarlıq yağırdı. O, insanları çox sevirdi. Xalqa xidmət, məzlum və yoxsullara kömək etməyə fürsət axtarırdı. Səkkizillik müharibədə, ölkənin cənub-şərqində, Əfqanıstan, Livan, Fələstin, Suriya, İraq, Yəmən və Bəhreyndə yalnız Allahı düşünür, məzlumu müdafiə etmək barədə fikirləşirdi. Vücudunda sonsuz həddə ixlas və inanc vardı….
-
Həyat Dərsi
0Qаrşınızdаkı mәcmuә sаysız zәhmәt vә çәtinliklәrә dözәrәk, öz üzәrindә çаlışаrаq еlm, fәzilәt vә kаmilliyin yüksәk zirvәlәrini fәth еdәn, hәmçinin cәmiyyәtin sәаdәti yоlundа pаrlаq günәş vә çırаq оlаn dörd müdrik аlimin―Sеyid Mәhәmmәd Hüsеyn Tәbаtәbаi, Mәhәmmәdtәqi Cәfәri, Mürtәzа Mütәhhәri vә Hәsәnzаdә Аmulinin hәyаtındаn bir sırа хаtirәlәrin tоplusu vә hәyаtlаrındаn öyrәnilәcәk böyük dәrslәrdir. Bütün ömürlәrini Allahın rаzılığınа vә bәşәriyyәtinin sәаdәtinә hәsr еdәn, şәffаf düşüncәlәrinin bulаqlаrı ilә haqq axtarışında olan teşnәlәri, öz fәzilәt vә mәnәviyyаtı ilә sirаb еdәn, pаslаnmış qәlblәri mааriflә cilаlаyаn bu böyük şәхsiyyәtlәr müasir İslаm dünyаsının fәхrlәri sаyılırlаr.
-
İbrət Güzgüsü
0Biz insanlar–hər birimiz müxtəlif yönlərdən yaşa-dığımız topluma sıx bağlıyıq. Həmçinin, bu günkü cəmiyyətimiz zəncirvari bir silsilə ilə yer üzündə yaşamış xalqlarla ayrılmaz bir bağlılığa malikdir. Bəşərin ictimai bağlılığı bir tərəfdən, tarixi bağlılığı digər tərəfdən insan həyatına xüsusi rövnəq verib onun qarşısında müəyyən məsuliyyətlər qoyur. Quran hər yerdə insana ictimai bir mövcud olaraq xitab edir, onun vəzifəsini bu xüsusiyyətinə əsasən müəyyənləşdirir. İctimai bağlılığın möhkəm və ayrılmaz olduğunu bəyan edən ilahi ayələr daha irəli gedərək bütün möminləri qardaş və bir ailənin üzvü hesab edir; insaniyyət dünyası üçün olduqca gözəl və dərin olan bu şüarı seçir: “Həqiqətən möminlər qardaşdırlar.”
-
İmam Əli (ə): İnsanlıq Məktəbinin Ustadı
0İmam Əli bin Əbu Talib (ə) təkcə dinlər tarixinin deyil, eyni zamanda dünya elmləri tarixinin də ən görkəmli və dahi nümayəndələrindən biridir. İmamın (ə) İslamdakı məqamını, Allah yanındakı üstünlüklərini bilmək, dərk etmək üçün Qurani-Kərimə və hədisi-şəriflərə diqqət yetirməyimiz ki- fayət edər. Uca Rəbbimiz müqəddəs Quranda İmam Əlini (ə) Peyğəmbərin (s) canı (“Ali-İmran”, 61), Əhli-Beyti (ə) (“əl-Əhzab”, 33), məhəbbət qaynağı (“əş- Şura”, 23) olaraq vəsf etmişdir. Bütün bu və ya digər qisimdən olan ayələr onu göstərir ki, İmamın (ə) üstünlüklərinin mütləq İlahi qaynağı vardır və onların inkar olunması yolverilməzdir. Həmçinin, İmam Əli (ə) haqqında deyilmiş “Onu ancaq möminlər sevər, ona ancaq münafiqlər nifrət edər”, “Onu sevmək atəşin odunu yandırdığı kimi, günahları yox edər”, “Mən elmin şəhəri, Əli isə qapısıdır”, “Elm on qisimdir. Onun doqquzu Əliyə, yerdə qalanı isə bütün insanlara verilmişdir. Əli o birini də insanlardan daha yaxşı bilir” yüzlərlə, minlərlə belə hədis İmamın (ə) kimliyinin sübut edilməsi baxımından önəmlidir.
-
İmam Əlinin (ə) Fəzilətləri
0Bu kitab bir neçə fəsilə malikdir. Hər bir fəsildə Həzrət Əmirəl-möminin Əli (ə)-ın fəzilətlərindən biri haqqında söhbət olunur.
-
İslamda Yemək-İçmək və Heyvan Kəsimi
0Həqiqi səadətə qovuşmağın yalnız bir yolu vardır. O yolun adı təqvadır. Qurani-Kərimin buyurduğuna əsasən, nicat tapıb səadətə qovuşanlar təqvalı olanlardır. 1 Məsumlardan (ə) nəql olunmuş hədislərdə qeyd olunur ki, haramlardan çəkinən və vaciblərə riayət edənlər təqvalılardır. Ona görə də əgər səadətə qovuşub, nicat tapmaq istəyiriksə, təqva yolunu seçib haram-halallara diqqət yetirməli və bu barədəki göstərişlərə əməl etməliyik. Bu səbəbdən də hər bir şəxsə vacibdir ki, hər gün qarşılaşdığı haram-halal məsələlərini öyrənsin və əməl etsin. Bu məsələlərdən biri də yemək və içməyə aid olan hökmlərdir.
-
-
İyirmi Üç Yeniyetmə
0Bizi əsarətdən xilas edən Allaha həmd-səna, Kermanın cənub əhalisinin unutmadığı şəhid qardaşım Musanın və övladlarından ayrı düşən, gözləri daim yolda qalan mərhum anamın əziz xatirəsi, Şəhid Seyid Abbas Səadətin və bu kitabda adı keçən bütün şəhidlərin ruhuna dərin hörmətlə Bu kitabı kölgəsi altında böyüdüyüm böyük qardaşım Həsən Yusifzadəyə və övladlarım Əli və Fatimə ilə birgə həyat hüzurumu borclu olduğum yoldaşım Vəhidə Sadat Hüseyniyə təqdim edirəm!
-
Kəlam Elmi
0Müsəlmanların tarix boyu islam təlimlərini qavramaq səyləri islam elmləri adlanan müxtəlif elm sahələrinin yaramasına səbəb olmuşdur ki, bu sahələrin hər biri özünə məxsus bir baxışla, xüsusi bir metod və hədəflə dinin maarifi sahəsində tədqiqatla məşğuldur. Burada “kəlam” elmi xüsusi əhəmiyyətə malikdir. İslamın meydana çıxdığı ilk illərdə bir sıra etiqadi bəhslərin müzakirəsi zəminində yaranan bu elm həmişə islamın ən əsas maarifinin tədqiqat sahəsi olmuş və bu günümüzə qədər elm və dəyanət dünyasına qiymətli əsərlər təqdim etmişdir.
-
Meracus Səadə
0Mərhum Ayətullah Behcətdən; Səadətə çatmaq üçün nə tövsiyə edirsiniz? deyə sual edildikdə, belə cavab vermişdir: Hər gün,çox dəyərli “Meracus Səadə” kitabından yarım səhifə oxuyub,ona əməl edin.