-
Salam Olsun İbrahimə 2-ci Cild
0“Xarizmatik şəhidlər seçib həyatlarını yazın. Bu yaxınlarda Şəhid İbrahim Hadi haqda bir kitab oxumuşam. Kitabı oxuyub bitirsəm də, hələ kənara qoymamışam”.
Şəhid Rəhbər Ayətullah Xamenei -
Şəhid General Qasim Süleymani Haqda Gözəl Xatirələr
0Şəhid general Qasim Süleymani haqda gözəl xatirələr
-
Şəhid Qasim Süleymani Məktəbi
0“Hacı Qasim Süleymani bir məktəbdir”. Bu cümlə İmam Xameneinin 17 yanvar 2020 tarixli cümə xütbəsindən sonra dillərə düşdü. O buyurmuşdu: “Biz əziz şəhidimiz Hacı Qasim Süleymaniyə bir fərd kimi deyil, bir məktəb kimi baxmalıyıq. Bu əziz şəhidimizi dərs dolu bir məktəb, bir yol kimi görməliyik”. Məktəb sistemli və kompleks görüşlər məcmusudur, verdiyi baxış və proqramlarla bəşəri təkamülə doğru aparır. Əllamə Mürtəza Mütəhhəri “məktəb” sözünü belə izah edir: “Məktəb ümumi bir nəzəriyyəyə ehtiyaclıdır; əsas məqsədi insanın təkamülü, ümumi xoşbəxtliyin təmini olan sistemli və kompleks bir layihəyə. Əsas yol və üsullar, gərəkənlər və gərəkməyənlər, yaxşı və pislər, məqsəd və vasitələr, ehtiyaclar, dərd və dərmanlar, vəzifə və məsuliyyətlər orada müəyyən olur, hamı üçün ilham mənbəyinə çevrilir”.
-
Şəri Suallara Cavab- Ayətullah Fazil Lənkərani
0Möminlərin ixtiyarında olan “Camiul-Məsail” adlı bu kitab, ölkənin hörmətli alimlərindən bir qrupunun təkrar xahişi, eləcə də çoxsaylı mömin və müqəllidlərin istəyi ilə şiə aləminin hörmətli Mərcəyi-Təqlidi Həzrət Ayətullahül-Üzma Hacı Şeyx Məhəmməd Fazil Lənkəraninin suallara verdiyi cavablar və tövsiyələrdən ibarət olan məcmuədən seçilmişdir.
Bu məcmuə Höccətül-İslam vəl-Müslimin Hacı Şeyx Əli Ətayi tərəfindən hazırlanmış və tərtib edilmişdir.
Ümidvarıq ki, bu kitabdan faydalananların hamısı ondan razı qalacaqlar.
-
TOVZİHUL-MƏSAİL RİSALƏSİ
0Üsuli-dində təqlid etmək caiz deyildir. Müsəlman bir şəxs üsuli dində yəqinə çatmalıdır. Dinin qeyri-zəruri hökmlərində isə ya müctehid olub öz ictihadına uyğun əməl etməli, ya müctehidə təqlid etməlidir (yəni onun göstərişlərinə müvafiq olaraq əməl etməlidir), ya da ehtiyatın keyfiyyətinə agah olduğu halda ehtiyata əməl etməlidir ki, öz şəri vəzifəsini yerinə yetirdiyinə yəqin etsin. Məsələn, əgər müctehidlərdən bəziləri müəyyən bir əməlin haram olduğunu, bəziləri isə haram olmadığını deyirlərsə o əməli yerinə yetirməsin. Habelə, əgər müəyyən bir əməli bəziləri vacib, bəziləri isə müstəhəb hesab edirlərsə, o əməli yerinə yetirsin. Həmçinin ehtiyatın keyfiyyətində də ehtiyata əməl etmək vacibdir, yəni əgər bir neçə yolla ehtiyat etmək mümkün olarsa, ehtiyata müvafiq olan yolu seçsin.
-
-
Xümsun Hökmləri
0Sorğu-sual insan yaranışının başlağıcından özünü göstərmiş, öz yaşıl qanadına mələkləri oturtmuş, saralmış yarpağına şeytanı sovurmuş və bu arada insanlıq məqamını göstərmişdir. Əmirəl-möminin həzrət Əli (ə) necə də gözəl buyurmuşdur:
Yerdən cücərirsə həm gül, həm tikan,
Sual da, cavab da elm babından.Bəli, səmavi suallar verən hər bir kəs cavab olaraq elm və bilik əldə edəcək. Cəmiyyət və mədəniyyəti inkişaf və sabitliyi səmimi suallar və düşüncəli cavablardan asılıdır. İslami ölkəmizin iftixarlarından biri budur ki, bir tərəfdən pak qəlbli, kamillik sorağında olan, həqiqətlə maraqlanan gənclərimiz çoxdur, digər tərəfdənçox dəyərli ayinlərimiz var. Bu ayinlərdəki uca maarif suallarına cavab axtaran təşnə qəlbləri sirab edir.
-
-
Zühur Əsri
0Bu kitabın əsas məqsədi ayə və rəvayətlərdən istifadə etməklə İmam Mehdinin (ə) əsr və zamanının, o həzrətin müqəddəs qiyamının külli şəkildə bəyan edilməsidir.
Mən o rəvayətlərə və mənbələrə müraciət etməkdə çox ciddi-cəhd göstərdim. Təsadüfən Livanda çap olunub yayılan bir kitabla rastlaşdım ki, rəvayətlərinin çoxluğuna görə camaat arasında məşhur idi. Müəllifin vərəqaltı haşiyələrdə qeyd etdiyi onlarla mənbəyə müraciət etdikdə isə çox təəccübləndim, gördüm ki, onun qeyd etdiyi rəvayətlərlə mənbələr arasında, ümumiyyətlə, heç bir uyğunluq yoxdur. Üstəlik, müəllif rəvayətləri hissələrə bölmüş, bəzilərinin bir hissəsini digərinin axırına əlavə etmiş və nəhayət, bəzi sözləri də dəyişdirmişdir.
Əlbəttə, mən bir, yaxud iki mənbəni zikr etməklə kifayətlənmişəm, çünki kitabın əsas məqsədi rəvayətlərin düzgünlüyünü yoxlamaq deyil, yalnız İmam Mehdinin (ə) zühurunun zamanı ilə əlaqədar olan ümumi bir təsəvvürü təqdim etmək olmuşdur.
-
بادبادک باز
0🪁 بعضی دوستیها در کودکی آغاز میشوند، اما ردشان تا پایان عمر باقی میماند.
بادبادکباز اثر خالد حسینی، رمانی تأثیرگذار درباره دوستی، خیانت و رویارویی با وجدان است؛ داستانی که از کوچههای کابل تا آمریکا امتداد مییابد.
سرگذشت امیر و حسن، خواننده را با سکوتهای گذشته و جستوجوی بخشایش روبهرو میکند.
📖 نمیتوان گذشته را تغییر داد؛ اما آیا میتوان با آن روبهرو شد؟