• Məhəbbət İksiri

    Məhəbbət İksiri

    0

    Saleh bir bəndə və həqiqi mənada arif insan olan Şeyx Rəcəbəli Xəyyatın xatirəsinə həsr olunan bu kitabın yazılması haqda oxucuları (xüsusilə də əgər oxucu Şeyxin şagirdlərindəndirsə) maraqlandıran ilk sual bu ola bilər: Görəsən heç bir vaxt Şeyxi görməyən və özü də ixtisas və tədqiqatları xatirə yazmaq olmayan müəllifi belə bir məcmuə yazmağa nə vadar etmişdir?

    Buy product
  • Müasir İslam Kəlamı

    Müasir İslam Kəlamı

    0

    Görkəmli filosof ustad şəhid Mürtəza Mütəhhəri yeni kəlam elminin əsasını qoymuşdur. Şəhid Mürtəza Mütəhhərinin əsərlərini oxuyub başa düşmək, onun düşüncə və təfəkkür zirvəsini fəth etmək həddindən artıq çətin, amma eyni zamanda mühüm və zəruridir. Bəli, ustadın islam maarifi və ilahiyyat elmləri sahəsində yazıb-yaratdığı əsərləri oxuyub başa düşmək çətin olduğu qədər şirin və cazibəlidir. Əsrimizin böyük korifeylərindən sayılan ustad Mütəhhəri bir çox elmlərin yüksək səviyyəli mütəxəssisi olmuş, o cümlədən islam fəlsəfəsi, fiqh və üsul, sosialogiya, psixologiya, tarix, təfsir, kəlam və başqa sahələr üzrə böyük nailiyyətlər əldə etmişdir. Ustad Mütəhhəri fəlsəfə elmində Molla Sədra məktəbinin yetirmələrindən və onun sadiq davamçılarından sayılır.

    Kitabı Yüklə
  • Nəhcül-Bəlağə

    Nəhcül-Bəlağə

    0

    Nəhcül-Bəlağə (ərəb. نهج البلاغة‎) — On iki imam şiələrinin ən məşhur kitablarından biri. Kitab Əli ibn Əbu Talibin əmr, xütbə, məktub, vəsiyyət və kəlamlarından ibarətdir.

    Kitabı Yüklə
  • On Üç Yaşında

    On Üç Yaşında

    0

    İranlı әsir Mehdi Tәhanianın xatirәlәri

    Qәlәmә alan: Gülüstan Cәfәrian

    Kitabı Yüklə
  • Quran və Sünnə

    Quran və Sünnə

    0

    Məqaləyə başlamazdan əvvəl möhtərəm, əziz ağalar və xanımların müqəddəs Ramazan ayında etdikləri ibadət, dua və minacatlarının Allahın məhzərində qəbul olunmasını diləyirəm. O cümlədən, bu konfransda iştirak edən, məqalə təqdim edənlərə öz dərin təşəkkürümü bildirirəm. Bu gün təşkil olunmuş konfransın mövzusu çox dərin və geniş bir mövzudur. Bu barədə nə qədər mütaliə olunsa, məqalə və kitablar yazılsa, yenə də azdır. Hər bir mövzunun bir əsası var, bir də füruatı – ikinci tərəfləri. Bu füruatlar, yəni ikinci tərəflər, əsasın dərk olunmasında çox mühümdür. Mənim mövzum “Əhli-beytlə Quranın rabitəsi” adlanır. Bəhsə keçməzdən əvvəl iki mühüm mətləbi sizin diqqətinizə çatdırmalıyam. Mətləblərdən birincisi budur ki, Quran bəşəriyyətin ehtiyaclarını ödəyə bilən yeganə hərtərəfli və mükəmməl bir kitabdır. Bunu Quran ayələrinin özü də sübut edir.

    Kitabı Yüklə
  • Quran və Təbabət

    Quran və Təbabət

    0

    Ulu Yaradanın aləmlərə rəhmət olaraq nazil etdiyi müqəddəs Quran təbiətin və insanın şərhidir. Odur ki, bu təkrarolunmaz Kitab təbiət və təbiətdə mövcud olanlara aid olan hər bir elmi əhatə etmişdir. Başqa elmlərlə yanaşı təbabət elmi də bu İlahi Kitabda özünə məxsus yer tutmuşdur. Məlum məsələdir, yaranmışı Yaradandan daha yaxşı kim tanıyar və onun ehtiyaclarını Yaradandan daha yaxşı kim bilər ki. Təsadüfi deyil ki, Allahın ən gözəl adlarından biri də Həkimdir. İlhamını Allahdan və onun Səmavi Kitabı Qurandan alan islam dünyasında da təbabətə xüsusi yer verilmişdir. Belə ki, sanitariya və xəstəliklərin profilaktikası islam dinindəki şəri hökmlərin özünəməxsusluğunda öz əksini tapmışdır. Diqqət yetirsək görərik ki, islam dinindəki qüsl, təharət, dəstəmaz, əşyaların paklanması sanitariya və gigiyenanın elementar əsaslarını təşkil edir.

    Kitabı Yüklə
  • Quranda İmamət

    Quranda İmamət

    0

    Dəyərli alim Höccətül-islam Məhəmməd Baqir Saivərin sizə təqdim etdiyimiz növbəti əsərində, Qurani-Kərimdə imamət etiqadı haqda geniş və dərin araşdırma aparılmışdır. İslam dünyasında ən önəmli və əsaslı məsələlərdən olan imamət inancı daim bütün məzhəblər tərəfindən diqqətlə izlənmiş və müxtəlif şərh və izahlarla tədqiq olunmuşdur. Amma hazırkı kitabın eyni mövzulu əsərlərdən fərqi budur ki, imamət məsələsi Qurani-Kərim və hədislər baxımından araşdırılmasından əlavə, tarixi aspektən də tədqiq edilir və sosioloji amillər nəzərdən qaçmır. İmamət məsələsinə münasibətdə fərdin inancının psixoloji analizi ilə birgə bu məsələyə baxış tərzində onun üzərində təzyiq yaradan sosial mühəndislik, yönləndirmə funksiyalarının hansı dərəcədə təsirli olması izah edilir.

    Kitabı Yüklə
  • Quranda İnsanşünaslıq

    Quranda İnsanşünaslıq

    0

    “Quranda insanşünaslıq” mövzusu, Allahın insana verdiyi məqamın araşdırılması və tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qeyd etmək lazımdır ki, bu kitabda yer alan dərslər ilk olaraq “Camiətul-Mustafa” Universitetində tədris olunmuşdur. Kitab otuz üç dərsdən ibarətdir. Müəyyən başlıqlar altındakı dərslər, ilk olaraq ətraflı şəkildə izah olunur, daha sonra həmin dərsin nəticələri qısa formada oxuculara təqdim olunur. Hazırkı kitab dini təhsil alan tələbələr və Quranın “İnsanşünaslıq” mövzusuna maraq göstərən ümumi oxucu kütləsi üçün nəzərdə tutulmuşdur.

    Kitabı Yüklə
  • Qurani-Kərimdə İmamət Ayələri

    Qurani-Kərimdə İmamət Ayələri

    0

    Allaha şükürlər olsun ki, möhtərəm ustadın elmi məclislərində əhatəli, diqqəti cəlb edən və maraqlı şəkildə aparılan bütün söhbətləri toplanmış və bəhslərdə istifadə edilən mənbələr kifayət qədər tədqiq olunduqdan və xülasə şəkildə bəyan edilən bəzi mətləblərə geniş şərh verildikdən sonra, çap olunaraq oxucuların xidmətində qoyulmuşdur.

    Kitabı Yüklə
  • Quranın Elmi Ecazkarlığı

    Quranın Elmi Ecazkarlığı

    0

    Quran son sәmavi müjdәdir. Hansı ki, sonuncu Peyğәmbәrә (s), yәni һәzrәt Mәһәmmәdә (s) göndәrilәrәk bәşәriyyәti nura, kamilliyә doğru һidayәt edir. Quran yalnız bir kitab deyil. O, һәm dә Peyğәmbәrin (s) sәdaqәtini göstәrәn bir nişanәdir. Elә buna görә dә Quranın ecazkarlığı İslamın erkәn çağlarından müsәlman vә qeyri-müsәlmanların diqqәtini cәlb etmişdir. Quranın ecazkarlığı fәsaһәt vә bәlağәt, dәrin mәzmun, qeybdәn verilәn xәbәrlәr vә s. kimi fәrqli yönlәrә malikdir. Müsәlmanların yunan elmlәri ilә (һ. II әsrdәn başlayan) tanışlığı vә һicri IV әsrdә (Әbu Әli Sinanın әsәrlәrindә özünü göstәrәn) Quranın empirik (tәcrübi) elmlәrlә uzlaşdırılması “elmi tәfsir” adlanan yeni bir tәfsir üsulu meydana gәtirdi. Son iki әsrdә qәrbdә tәcrübi elmlәrin geniş inkişafı ilә әlaqәdar olaraq tәfsirin yeni yaranmış bu üsulu da öz inkişaf mәrһәlәlәrindә sürәtlә irәlilәmәyә başladı. Elmi tәfsirlә yanaşı “Quranın elmi ecazkarlığı” adlanan digәr tәrәfi dә üzә çıxdı. Belә ki, bir çox Quran şәrһçilәri vә digәr elm adamları (һәkimlәr, müһәndislәr vә s.) bu mövzuda tәdqiqata başladılar. Lakin tәәssüflәr olsun ki, bәzilәri mötәdilliyi qoruya bilmәyib Quranın 300 ayәsini tәcrübi elmlәrә tәtbiq etdilәr vә bir çox mәsәlәlәrdә Quran adına elmi ecazkarlıq iddiası ilә çıxış etdilәr. Digәrlәri isә bunu yanlış vә Qurana aid olmayan hәqiqәt kimi qiymәtlәndirәrәk onun elmi ecazkarlığını bütünlüklә rәdd etdilәr. Biz isә mötәdilliyә sadiq qalıb elmi ecazkarlığın doğru tәrәflәrini qәbul edib, yanlış iddiaları isә rәdd etmәk fikrindәyik.

    Kitabı Yüklə
  • Rəbbin Dərgahında

    Rəbbin Dərgahında

    0

    İnsan öz həyatının eniş-yoxuşlarında, acılı-şirinli hadisələrində bəzən elə bir ruhi sıxıntıya düşür ki, heç bir maddi vasitə ilə sakitlik tapmır. Bütün imkanlıların imkanını, sərvətlilərin sərvətini və dünyəvi ləzzətlər üçün olan vasitələrin hamısını onun ixtiyarında qoysalar belə, ruhi sıxıntısından zərrəcə azalmaz. Belə bir halda insan ürək sözlərini demək üçün ən yaxın dostunun, özü üçün ən əziz olan şəxsin sorağına gedir. Bəzən isə heç kəsi məhrəm və etibarlı saymayaraq tənhalığın bir küncündə öz-özü ilə pıçıltıya qapılır. Bütün hallarda sakitlik və şəfa üçün yeganə yol məhbub ilə ünsiyyət və məşuq yanında qəlb süfrəsini açmaqdır. Əgər insan pisliklərə aludə halda günah çirkabı səbəbindən qəm-qüssə və qəlb sönüklüyünə düçar olub özünə nifrət edərsə, hara sığınmalı və kiminlə dərdləşməlidir? Məhz bu məqamda insan bütün paklıq və yaxşılıqların qaynağı, məhəbbət və səfa yaradanı olan xaliqinə pənah aparıb Onunla ünsiyyət məclisinə qatılmalı, Onun eşqi və zikri ilə sakitlik tapmalıdır.

    Kitabı Yüklə
  • Salam Olsun İbrahimə 1-ci Cild

    Salam Olsun İbrahimə 1-ci Cild

    0

    Məzarsız pəhləvan Şəhid İbrahim Hadinin həyat və xatirələri

    Kitabı Yüklə